BAKI, 26 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çinin İrana müəyyən dəstək verə biləcəyini ehtimal etdiyini, lakin Pekinin daha geniş yardım göstərə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində danışıb.

“Düşünürəm ki, onlar kömək edə bilər, amma çox şey etdiklərini düşünmürəm. Deyə bilərəm ki, daha çox kömək edə bilərlər. Mən çox da məyus deyiləm. Çin daha pis də davrana bilərdi”, – deyə o qeyd edib.

Digər tərəfdən, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsyakun daha əvvəl Trampın İrana hərbi yardım barədə iddialarını təkzib edib. O vurğulayıb ki, normal beynəlxalq ticarət-iqtisadi əməkdaşlıq kənar müdaxilə və maneələrlə qarşılaşmamalıdır.