CƏLİLABAD, 26 aprel. TELEQRAF

Cəlilabad rayonunda buraxılış imtahanından qayıdan şagirdləri daşıyan minik avtomobili qəzaya düşüb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Zopun kəndində qeydə alınıb.

9-cu sinif şagirdlərinin olduğu avtomobil hərəkətdə olan digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda xəsarət alanların sayı və vəziyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.