BAKI, 26 aprel. TELEQRAF

"Avropada böhran kəskinləşir. Bu böhran həm iqtisadi, həm təhlükəsizlik, həm də ekzistensial xarakter daşıyır".

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiyanın Avropa üçün əsas təhlükə kimi təqdim olunması qeyri-məntiqli və yanlış yanaşmadır:

"Hazırkı Avropa siyasətçiləri əsas xətt kimi total rusofobiyanı seçiblər. Rusiyanın Avropa üçün əsas təhlükə elan edilməsi ağılsızlıqdır və səhv yanaşmadır".

Peskov qeyd edib ki, Rusiya Avrasiya qitəsinin ayrılmaz hissəsidir və bu baxımdan onun Avropa üçün əsas təhlükə kimi təqdim olunması əsassızdır:

"Rusiya, kim nə deyir desin, Avrasiya ölkəsi olmaqla yanaşı, Avropanın da ayrılmaz tərkib hissəsidir".

O, həmçinin hazırkı Avropa siyasi rəhbərliyinin gələcəkdə dəyişə biləcəyini qeyd edib və bunun mümkün nəticələrinə işarə edib:

“Bu, müsbət nəticələr verəcəkmi? Bütün məsuliyyəti bizim üzərimizə yükləmək mümkün olacaqmı? Çətin”.