BAKI, 26 aprel. TELEQRAF

Xəzər dənizində baş verən zəlzələnin maqnitudası yenilənib.

Teleqraf xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Yerli vaxtla saat 21:09-da qeydə alınan zələzələnin maqnitudası 4,3 olub.

Daha əvvəl maqnitudanın 4,2 olduğu açıqlanmışdı.

***

21:35

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bakı vaxtı ilə 21:09-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.2 olub.

Məlumata əsasən, zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib.