BAKI, 22 aprel. TELEQRAF
Slovakiyanın vetosu səbəbindən Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketi təsdiqlənməyib.
Teleqraf xəbər verir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyi öz veb saytında qeyd edib.
"Mediada yalan və qeyri-dəqiq məlumatların yayılması səbəbindən Slovakiya Xarici İşləri Nazirliyi bir daha açıq şəkildə bildirir ki, Rusiya Federasiyasına qarşı 20-ci sanksiya paketinin Aİ səviyyəsində qəbul edilməsi rəsmi olaraq başa çatmayıb və sanksiya paketi qəbul edilməyib" - məlumatda bildirilir.