BAKI, 16 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu və Livan Prezidenti Cozef Aunun ölkələri arasında sülh danışıqları aparmaq üçün bir-iki həftə ərzində Vaşinqtonda görüşəcəyini gözləyir.
Teleqraf xəbər verir ki, bunu Amerika lideri jurnalistlərlə söhbətində bildirib
Tramp qeyd edib ki, son 44 ildə ilk dəfə olaraq Livan və İsrail liderləri görüşəcəklər: "Həqiqətən böyük bir şans var. Çox da uzaq olmayan gələcəkdə burada görüşmək şansımız var".