BAKI, 17 aprel. TELEQRAF
İran, əvvəlki kimi, ABŞ-nin danışıqlarda xoşməramlı niyyətinə ciddi şübhə ilə yanaşır.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyindəki məqalədə bildirilir.
Məqalədə deyilir: "İran hesab edir ki, Vaşinqtonun danışıqların əvvəlində öhdəliklərini pozması və bu günə qədər davam edən davranışı səbəbindən danışıqların növbəti mərhələsinin nəticə verməsi ehtimalı azdır".
Media orqanının vurğuladığı kimi, İran Pakistan vasitəsilə ABŞ-yə öhdəliklərini xatırladıb və həddindən artıq tələblərindən çəkinməli olduğunu çatdırıb.
Pakistan vasitəçi kimi ikinci görüşü təşkil etməyə çalışarkən, İran zəruri ilkin prosedurlar tamamlanmadan və müvafiq çərçivə yaratmadan belə danışıqların səmərəsiz olacağını bildirib.