BAKI, 12 aprel. TELEQRAF

Britaniyalı kino aktyoru Con Nolan 88 yaşında dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə "The Herald" məlumat yayıb.

Məlumata görə, aktyor 11 apreldə vəfat edib, lakin ölüm səbəbi ilə bağlı əlavə detallar açıqlanmayıb.

Con Nolan 1960-cı illərin sonundan etibarən onlarla filmdə rol alıb. O, xüsusilə “Betmen: Başlanğıc” (2005), “Qara Cəngavər: Əfsanənin Qayıdışı” (2012) və “Dünkirk” (2017) kimi məşhur filmlərdəki rolları ilə tanınıb.

Qeyd edək ki, o, məşhur britaniyalı rejissor Kristofer Nolan və ssenarist Jonatan Nolanın dayısı idi.