BAKI, 11 aprel. TELEQRAF

Dağıstanın iki kəndinin sakinləri su bəndinin uçması nəticəsində təxliyə edilir.

Teleqraf xəbər verir ki, bu barədə rayon administrasiyasının mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, Lakski rayonunda uçqun və sürüşmə səbəbindən fövqəladə vəziyyət yaranıb. Təbii bəndin dağılması və çayın aşağı axınlarında suyun səviyyəsinin kəskin şəkildə artması riski var. Çay kənarındakı evlərin sakinləri müvəqqəti yaşayış mərkəzlərinə yerləşdiriləcək.

Dağıstanda martın sonu və aprelin əvvəlində bir neçə rayonda güclü yağışlar bir sıra fəsadlara yol açıb. Mahaçqala, Xasavyurt və Dərbənd rayonlarında vəziyyət kritikdir, burada onlarla ev, avtomobil və bağ sahəsi su altında qalıb. Fırtına bir neçə körpünü yuyub aparıb. Altı nəfər ölüb, 6229 nəfər təxliyə edilib.