BAKI, 11 aprel. TELEQRAF
Erməni sahibkar Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasının tərəfdarları İrəvanda hökumət binasının önündə aksiya keçiriblər.
Teleqraf xəbər verir ki, yürüşla başlayan aksiya insidentsiz keçib. İştirakçılar "Samvel - Baş nazir" şüarı səsləndiriblər.
"Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan 18 iyun 2025-ci ildə həbs edilib. O, Ermənistanda hakimiyyəti ələ keçirməyə çağırış etməkdə ittiham olunub. 30 dekabr 2025-ci ildə o, ev dustaqlığına buraxılıb.