BAKI, 12 aprel. TELEQRAF
İran və ABŞ arasında Pakistanın təşəbbüsü ilə keçirilən danışıqlar prosesi 12 apreldə İslamabadda növbəti raundla davam etdiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İslamabad şəhərində keçirilən əvvəlki danışıqlar raundunda tərəflər bəzi məsələlər üzrə ortaq anlaşmaya gələ bilməyib. Buna baxmayaraq, dialoq prosesinin dayandırılmadığı və növbəti mərhələnin səhər saatlarında başlayacağı bildirilib.
Agentliyin məlumatına əsasən, danışıqlar Pakistan tərəfinin təklifi ilə davam etdirilir və əsas məqsəd tərəflər arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılmasıdır.