BAKI, 11 aprel. TELEQRAF

Küveyt rəhbərliyi mülki aviasiya uçuşlarına qoyulan qadağanı daha 12 saat uzadıb.

Teleqraf xəbər verir ki, qadağa İrandan mümkün hücumla əlaqələndirilir.

Qeyd edək ki, ABŞ-İsrail hərbi qüvvələrinin İrana qarşı hərbi əməliyyatın başlamasından sonra, 28 fevral səhəri Küveyt üzərindən mülki uçuşlar dayandırılıb. Atəşkəsdən sonra İraq, Suriya və Bəhreyn hava məkanlarını mülki aviasiya üçün yenidən açdılar. Qətər və BƏƏ-də hava məkanında qismən məhdudiyyətlər qüvvədə qalır.