BAKI, 12 aprel. TELEQRAF

Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edirlər.

Teleqraf xatırladır ki, Pasxa xristianların ən qədim bayramlarından biridir.

Pasxa bayramını qeyd edənlərin inancına görə, İsa Məsihin ölümə qalib gələrək dirilir. Bununla da İsa Məsih bütün bəşəriyyət üzərindəki ölüm və günah lənətini yox edir. İsa Məsih Allahın oğlu olaraq dünyaya gəlməklə insanın təbiətinə, onun bütün ağrılana, hətta ölümünə şərik olur.

Ənənəyə görə, dindarlar cümə axşamı günü səhər saatlarında kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər. İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və bir-birini "İsa Dirildi!" kəlməsi ilə salamlayır.