BAKI, 12 aprel. TELEQRAF
ABŞ və İran nümayəndə heyətləri Pakistan tərəfinin vasitəçiliyi ilə bir-biri ilə yazılı protokollar mübadiləsi aparmağa davam edirlər.
Teleqraf xəbər verir ki, bu barədə İran Dövlət Televiziya və Radio Şirkəti xəbər verib.
Məlumata əsasən, tərəflər arasında hələ də ciddi fikir ayrılıqları var, lakin hər iki nümayəndə heyəti onları həll etmək üçün səy göstərir.
Əsas fikir ayrılıqları Hörmüz boğazına nəzarət məsələsi ilə bağlıdır.