TƏRTƏR, 11 aprel. TELEQRAF

Tərtərdə baş verən qətl hadisəsinin yeni təfərrüatı məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə tərəflər arasında əvvəlcədən mövcud olan münaqişə zəmnində baş verib. Bir il əvvəl baş verən insidentə görə bu gün qətlə yetirilən 1999-cu il təvəllüdlü Nabil Aslanov həmyerlisi, 1995-ci il təvəllüdlü Səfixan Nağıyevə bıçaqla xəsarət yetirib.

Bu gün tərəflər arasında yenidən mübahisə yaranıb. Mübahisə zamanı Səfixan Nağıyev əvvəlki hadisəni xatırladaraq Nabil Aslanova çoxsaylı bıçaq zərbələri endirib. Ağır xəsarətlər alan Nabil Aslanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

00:17

Tərtərdə 27 yaşlı kişini qətlə yetirən şəxsin kimliyi məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisəni törədən şəxs 1995-ci il təvəllüdlü Nağıyev Səfixan Fikrət oğludur.

Faktla bağlı araşdırma davam etdirilir

***
23:23

Tərtərdə 27 yaşlı kişi bıçaqlanıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bıçaqlanma hadisəsi Tərtərdə yerləşən kafelərdən birində baş verib. Əslən Ağdam rayonundan olan 1999-cu il təvəllüdlü Aslanov Nabil Saleh oğlu kafedə yeyib-içdikdən sonra bıçaqlanıb.

Çoxsaylı bıçaq xəsarəti alan N.Aslanov Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanıb hadisənin başvermə səbəbləri dəqiqləşdirilir