BAKI, 11 aprel. TELEQRAF
ABŞ və İran arasında Pakistanda aparılan danışıqlarda Hörmüz boğazına nəzarət məsələsi hələ də həll olunmayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" (FT) iki mənbəyə istinadən məlumat yayıb.
"İran boğaz üzərində nəzarət və gəmilərdən keçid üçün pul almaq hüququnda israr edir. İran "birgə nəzarət" ideyasını rədd edir. Fars körfəzini Oman körfəzi və Hind okeanı ilə birləşdirən Hörmüz boğazının açılması danışıqlarda problem olaraq qalır" - məlumatda qeyd olunur.
Qeyd edək ki, şənbə günü İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın və ABŞ-nin vitse-prezidenti J.D. Vensin rəhbərlik etdiyi nümayəndə heyətləri danışıqlar aparmaq üçün Pakistan paytaxtına gəlib.