İrana qarşı əməliyyat zamanı nüvə silahının yaradılmasının qarşısını aldıq, bununla da ekzistensial təhlükə aradan qalxdı.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin baş naziri Benyamin Netanyahu videomüraciətində bildirib.

"Əməliyyat hələ başa çatmayıb, lakin artıq indidən əminliklə demək olar ki, biz tarixi uğurlara nail olmuşuq. Biz ali rəhbər Xameneini, onun faktiki xələfini, müdafiə nazirini, kəşfiyyat nazirini, İran ordusunun baş qərargah rəisini, “Qüds” qüvvələrinin komandanını, İsrail Ordusu (SAXAL) tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlarını, donanma və hərbi hava qüvvələrinin komandanlarını məhv etdik. Biz bu kampaniyaya başladıq, çünki İran nüvə silahı yaratmağa və gündə yüzlərlə raket istehsal etmək imkanına çox yaxın idi. Başımızın üzərini almış iki ekzistensial təhlükə yox olmalı idi", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, İranda hələ də ölkədən çıxarılmalı olan zənginləşdirilmiş uran var: "Bu ya razılaşma, ya da başqa üsullarla baş verəcək. Qarşıda hələ görüləcək çox işimiz var: İsrail xalqı yaşayır və Tanrının köməyi ilə birlikdə fəaliyyət göstərməyə və qələbə qazanmağa davam edəcəyik".