BAKI, 12 aprel. TELEQRAF
İran rəsmisi bildirib ki, Hörmüz boğazında gəmiçilik yalnız Tehranın razılığı ilə mümkündür və bu məsələ sosial şəbəkələrdəki bəyanatlarla həll oluna bilməz.
Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik komitəsinin rəhbəri İbrahim Əzizi açıqlama verib.
Onun sözlərinə görə, Hörmüz boğazında yalnız İranın icazəsi ilə gəmiçilik üçün açıq ola bilər. Bu bəyanat Tehranla Vaşinqton arasında davam edən danışıqlar fonunda səsləndirilib.
“Hörmüz boğazı yalnız İranın icazəsi ilə açıla bilər, bu məsələ virtual məkanda edilən paylaşımlarla həll olunmur”, – deyə o, "X" sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarında strateji əhəmiyyətə malik əsas dəniz yollarından biri hesab olunur və burada baş verən hər hansı gərginlik qlobal bazarlara ciddi təsir göstərə bilər.