BAKI, 12 aprel. TELEQRAF
İran paytaxtı Tehranda ABŞ ilə danışıqlar fonunda hökumət tərəfdarlarının kütləvi mitinqi baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Məlumata görə, nümayişçilər küçələrə İran bayraqları və vəfat etmiş ali dini lider ayətullah Əli Xameneinin şəkilləri ilə çıxıblar.
Mitinq İran və ABŞ arasında Pakistanın vasitəçiliyi ilə keçirilən danışıqlar fonunda baş tutur. Daha əvvəl İran hökuməti bildirmişdi ki, İslamabadda aparılan danışıqlar 14 saatlıq müzakirədən sonra başa çatıb, lakin texniki qruplar arasında material mübadiləsi davam edir.
Qeyd edək ki, Fars xəbər agentliyi məlumatına görə, tərəflər arasında fikir ayrılıqları qalmasına baxmayaraq, danışıqların növbəti mərhələsi bazar günü davam etdiriləcək.