BAKI, 11 aprel. TELEQRAF

Livan hökumətinin İsrail ilə sülh danışıqlarına başlamaq qərarı milli birliyi sarsıdır.

Teleqraf xəbər verir ki, bunu şiə təşkilatı Hizbullahdan olan parlament üzvü Həsən Fədlallah bildirib.

Siyasətçi qeyd edib ki, Hizbullah hakimiyyətin İsraillə birbaşa danışıqlara razılaşmasını pisləyir: "Bu konstitusiyanın kobud şəkildə pozulmasıdır və daxili nifaq yaradır. Livanın indi İsrail təcavüzünə müqavimət göstərmək üçün həmrəyliyə və xalqın müqavimət qüvvələri ətrafında birləşməsinə ehtiyacı var".

Məlumata görə, ABŞ-nin himayəsi altında 14 apreldə Vaşinqtonda Livan-İsrail görüşünün ilkin mərhələsi keçiriləcək. Bu görüşdə atəşkəs razılaşmasının əldə edilməsinə yönəlmiş sülh danışıqlarının başlama tarixi müəyyən ediləcək. Nümayəndə heyətlərinə Livan və İsrailin ABŞ-dakı səfirləri rəhbərlik edəcək.