BAKI, 11 aprel. TELEQRAF

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar İslamabadda keçirilən ABŞ-İran danışıqları çərçivəsində İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat verib.

"Hər iki tərəf dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və regionda sülh və sabitliyin iqtisadi əməkdaşlıq və ümumi tərəqqi üçün vacib olduğunu qeyd edib" - məlumatda qeyd olunur.