BAKI, 11 aprel. TELEQRAF
ABŞ-nin San-Fransisko şəhərində "OpenAI" şirkətinin rəhbəri Sem Altmanın evinə hücum edən şəxs saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, şübhəli şəxs Altmanın evinə “Molotov kokteyli” atmaqda və şirkətin ofisi yaxınlığında hədələr səsləndirməkdə ittiham olunur. Hadisə zamanı xəsarət alan olmayıb.
Şirkət nümayəndəsi bildirib ki, hüquq-mühafizə orqanlarının operativ reaksiyası nəticəsində əməkdaşların təhlükəsizliyi təmin olunub.
San-Fransisko polisi açıqlayıb ki, hadisəni törədən 20 yaşlı şəxs saxlanılıb və araşdırma aparılır. Şübhəlinin əvvəlcə yaşayış binasına yandırıcı qurğu atdığı, daha sonra isə digər binanı yandırmaqla hədələdiyi qeyd olunub.
"OpenAI" şirkəti istintaq çərçivəsində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.