BAKI, 11 aprel. TELEQRAF
İranın dövlət televiziyasının verdiyi məlumata görə, İran nümayəndə heyəti münaqişənin həlli və uzunmüddətli sazişin bağlanması ilə bağlı ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada gəlib.
Teleqraf xəbər verir ki, Nümayəndə Heyətinə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edir. Heyətə İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemmati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədiyan və xarici işlər naziri Abbas Əraqçi də daxildir.