BAKI, 10 aprel. TELEQRAF
İslamabaddakı ABŞ-İran danışıqlarını işıqlandıran jurnalistlər üçün Məhəmməd Əli Cinnah Konqres Mərkəzi ayrılıb.
Teleqraf "TASS"a istinadən xəbər verir ki, nümayəndə heyətlərinin görüşü ilə bağlı məkan isə hələlik dəqiq bəlli deyil.
Daha əvvəl Pakistanın dövlət televiziya kanalı PTV konfrans mərkəzindən video yayımlayıb. İslamabadın tarixi danışıqlara hazır olduğunu bəyan etmişdi.
Qeyd edək ki, "TASS" mənbələrə istinadən ABŞ-İran danışıqlarının Pakistanın Baş naziri Şahbaz Şərifin iqamətgahında və ya İslamabaddakı Serena otelində keçiriləcəyini açıqlayıb.