BAKI, 10 aprel. TELEQRAF
ABŞ Mərkəzi Komandanlığının verdiyi məlumatlara görə, İrana qarşı 40 günlük "Epik Qəzəb Əməliyyatı" zamanı 13 amerikalı əsgər həlak olub, 381 əsgər isə yaralanıb.
Teleqraf "Military Times"a istinadən xəbər verir ki, müharibə zamanı İranın açdığı atəş nəticəsində yeddi əsgər həlak olub, ehtimal ki, onlar martın 1-də Səudiyyə Ərəbistanında İranın hava hücumunda həlak olublar.
Hərbi Hava Qüvvələrində ölən altı nəfər də "döyüşlə əlaqəli olmayan" kimi təsnif edilib. KC-135 tankerinin ekipajı hava əməliyyatlarını dəstəkləyərkən həlak olub.