BAKI, 10 aprel. TELEQRAF

İtaliyanın Grimaldi şirkətinə məxsus və avtomobil daşıyan "Grande Torino" gəmisi Hörmüz boğazında ilişib qalıb.

Teleqraf ANSA-ya istinadən xəbər verir ki, heyət təhlükəsizdir və gəmi zədələnməyib.

İranda münaqişə başlayandan sonra gəmi Fars körfəzində hərəkətsiz qalıb. Gəmidə Yaponiya və Çindən yüklənmiş Avropa limanlarına çatdırılması planlaşdırılan avtomobillər var. Gəmi Hörmüz boğazından keçidi gözləyən bir aydan çox lövbərdə qaldıqdan sonra ehtiyatları artırmaq üçün Əbu-Dabidə lövbər salıb.