Pentaqon İran müharibəsində ABŞ-nin itkiləri barədə yanlış məlumatlar yaymağa davam edir.
Teleqraf xəbər verir ki, bu barədə "The Intercept"dəki məqalədə qeyd olunur.
Rəsmi xəbərlərdə 13 ABŞ hərbçisinin öldüyü bildirilir. Amma Nyu-York Milli Qvardiyasının rabitə zabiti, 42-ci Piyada Diviziyasında xidmət edən və 6 mart 2026-cı ildə Küveytdə aktiv xidmətdə olarkən qəfil xəstəlikdən öldüyü bildirilən mayor Sorfly Davius bura daxil deyil.
Konqresmen Mayk Loler bildirib ki, mayor Küveytdə xidmət edərkən həlak olub.
Pentaqon da yaralı əsgərlərin sayı ilə bağlı ziddiyyətli rəqəmlər dərc edir. Bir hesabatda 372 yaralı əsgərin adı çəkilir ki, bu da Mərkəzi Komandanlığın "The Intercept"ə təqdim etdiyi rəqəmdən 23% çoxdur. Başqa bir hesabatda isə döyüş itkilərinin "ümumi sayı" daha aşağı, 357 olaraq göstərilir.