BAKI, 11 aprel. TELEQRAF

Ukraynaya silah tədarükü üzrə təmas qrupunun "Ramşteyn" formatında görüşü aprelin 15-də keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Ukraynanın Müdafiə naziri Mixaylo Fedorov alman həmkarı Boris Pistoriusla telefon danışığında "Ramşteyn" formatında görüşə hazırlığı və birgə layihələri müzakirə ediblər.

Bu layihələrə hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, dronların alınması üçün əlavə maliyyələşdirmə və ümumi texnoloji həllərin hazırlanması daxildir.