BAKI, 10 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı üzrə mövqeyində ziddiyyətlər olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o "The New York Post" qəzetinə müsahibəsində bildirib.

Trampın sözlərinə görə, şəxsi təmaslarda İran tərəfi nüvə silahından imtina etməyə hazır olduğunu bildirir, lakin açıq şəkildə uranı zənginləşdirmək hüququnda israr etməkdə davam edir.

"Onlar birbaşa üzümüzə deyirlər ki, bütün nüvə silahlarından imtina edirlər, hamısı məhv edilib. Sonra isə mətbuata çıxıb deyirlər: "Xeyr, biz uranı zənginləşdirmək istəyirik". Odur ki, biz bunu aydınlaşdıracağıq", - o qeyd edib.