BAKI, 10 aprel. TELEQRAF
Əfqanıstanın Herat vilayətinin İncil rayonunda silahlı şəxslər parkda istirahət edən insanlara atəş açıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Şahidlərinin sözlərinə görə, silahlılar öncə kişiləri onların ailə üzvlərinin gözü qarşısında güllələyiblər. Qaçmağa cəhd edən qadınlar atəşə tutulub, ölənlər arasında uşaqların da var.
Hadisə nəticəsində 7 nəfər ölüb, 13 nəfər yaralanıb.