BAKI, 7 aprel. TELEQRAF
Tehran və Vaşinqton İran ətrafındakı münaqişənin həlli üçün danışıqları dayandırmayıblar.
Teleqraf xəbər verir ki, bu barədə "Tehran Times" saytı məlumat yayıb.
Sayt qeyd edir ki, vasitəçilər diplomatik əlaqələr və danışıqları dayandırmayıb. Sayt ətraflı məlumat vermir.
Qeyd edək ki, daha öncə “The New York Times” qəzeti üç İran rəsmisinə istinadən İranın ABŞ ilə danışıqları dayandırması barədə vasitəçilik missiyasını üzərinə götürmüş Pakistana məlumat verdiyini yazıb.