BAKI, 7 aprel. TELEQRAF

İran Səudiyyə Ərəbistanının Əl-Cubayl şəhərində yerləşən neft-kimya kompleksinə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilib ki, hücumdan sonra enerji obyektlərində yanğın baş verib.

Qeyd olunub ki, sözügedən kompleks ildə təxminən 60 milyon ton neft məhsulu istehsal edir və bu, dünya neft-kimya istehsalının 6-8 faizini təşkil edir.