BAKI, 7 aprel. TELEQRAF
İran ABŞ ilə danışıqları dayandıraraq Pakistana artıq atəşkəs danışıqlarında iştirak etməyəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti üç İran rəsmisinə istinadən məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl "Reuters" agentliyi yüksək vəzifəli məmura istinadən İranın ABŞ ilə davamlı sülh üçün ilkin şərtlər irəli sürdüyünü bildirmişdi.
Rəsmi şəxsə görə, Tehranın ilkin şərtlərinə hücumların dərhal dayandırılması və təkrarlanmayacağına dair zəmanətlər, dəymiş ziyana görə kompensasiya daxildir.
Rəsmi Tehranın ABŞ ilə müvəqqəti olan istənilən atəşkəsi rədd etdiyini qeyd edir.