BAKI, 7 aprel. TELEQRAF
İranda 47 illik qəsb, korrupsiya və ölüm dövrü nəhayət sona çatır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün sosial media hesabında paylaşım edib.
D.Tramp paylaşımında hazırkı prosesləri "tam və mütləq rejim dəyişikliyi" kimi qiymətləndirib:
"Bütöv sivilizasiya bu gecə yox olacaq, bir daha geri qayıtmayacaq. Mən bunun baş verməsini istəmirəm, amma ehtimal edirəm ki, bu, reallaşacaq. Bununla belə, artıq fərqli, daha ağıllı və az radikallaşmış beyinlərin üstünlük təşkil etdiyi tam və mütləq rejim dəyişikliyi olduğu üçün bəlkə də inqilabi dərəcədə möhtəşəm şey baş verə bilər, bunu heç kim bilmir. Bunu bu gecə - dünyanın uzun və mürəkkəb tarixinin ən mühüm anlarından birində öyrənəcəyik. Tanrı İran xalqını qorusun!".