Çeçenistan rəhbəri Ramzan Kadırov elm sahəsinin inkişafına verdiyi töhfəyə görə medalla təltif olunub.
Teleqraf xəbər verir ki, bu barədə Kadırov özünün "Telegram" kanalında paylaşım edib. Bildirilib ki, o, Çeçenistan Elmlər Akademiyasının prezidenti Cəmbulat Umarov ilə işgüzar görüş keçirib.
Kadırov qeyd edib ki, görüşün sonunda Cəmbulat Umarov ona “Elm inkişafına töhfəyə görə” medalı təqdim edib.
Bundan əvvəl Kadırov idmanın inkişafı və populyarlaşdırılmasına verdiyi töhfəyə görə “İdmanda nailiyyətlərə görə” fəxri nişanı ilə də təltif olunub.