BAKI, 7 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXVI turunda “Zirə” və “Şamaxı” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma bərabərliklə yekunlaşıb - 1:1.
Baş hakim Elçin Məsiyevin idarə etdiyi görüşün 52-ci dəqiqəsində Dieqo Balau qırmızı vərəqə alaraq “Şamaxı”nı azlıqda qoyub.
“Qartallar”ın qolunu 69-cu dəqiqədə Leroy Mikels, “şirlər”in heyətində isə 90+2-ci dəqiqədə Edqar Adilxanov fərqlənib.
Bu nəticədən sonra Rəşad Sadıqovun komandası 43 xalla turnir cədvəlinin 4-cü pilləsində, Ayxan Abbasovun kollektivi isə 31 xalla 8-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, günün növbəti matçında “Sabah” “Araz-Naxçıvan”ın qonağı olacaq. “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.