BAKI, 7 aprel. TELEQRAF

ABŞ prezidenti Donald Tramp ölkəsinin Şimali Atlantika Alyansına ehtiyac duymadığını bəyan edib.

Teleqraf xəbər verir ki, Tramp bu fikirləri mətbuat konfransı zamanı səsləndirib. O, NATO-dan narazı olduğunu vurğulayaraq bildirib ki, alyans ABŞ-yə dəstək vermir.

“Deməliyəm ki, NATO-dan çox məyusam. Onlara ehtiyacımız yoxdur. Bu, aydındır. Onlar bizə ümumiyyətlə kömək etməyiblər”, - deyə o qeyd edib.

Daha əvvəl “Politico” nəşri ABŞ prezidentinin NATO-nu zəiflədə biləcək beş mümkün addımını sadalayıb.