BAKI, 7 aprel. TELEQRAF
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin olunub.
Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Zaur Rafik oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
"Zaur Əliyev 1981-ci ildə anadan olub.
1997-2000-ci illərdə “Cambridge Regional College”də (Böyük Britaniya) orta, 2000-2003-cü illərdə “East Anglia” Universitetində (Böyük Britaniya) mühasibat və maliyyə ixtisası üzrə ali təhsil alıb.
2003-2009-ci illərdə “Ernst & Young” şirkətinin Almatı, Bakı, London şəhərlərindəki ofislərində, 2010-2015-ci illərdə “PAŞA Holdinq” MMC-də və “PAŞA Sığorta” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru olub.
Hazırkı vəzifəsinə qədər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
18 yanvar 2025-ci il tarixində növbəti 4 il müddətinə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib", - məlumatda qeyd olunub.