BAKI, 7 aprel. TELEQRAF
Bu gün İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) bir ballistik raket və 11 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi məlumat yayıb.
Hücum zamanı ölən və yaralanan olmayıb.
BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri İran ətrafında hərbi əməliyyatlar başlanandan bəri 520 ballistik raket, 26 qanadlı raket və 2221 PUA hücumlarına qarşı mübarizə aparıb.