BAKI, 7 aprel. TELEQRAF
İsrail Xarici İşlər Nazirliyi İstanbuldakı Baş konsulluq yaxınlığında baş vermiş atışma ilə bağlı rəsmi məlumat yayıb.
Teleqraf xəbər verir ki, nazirliyin açıqlamasında insidentin təfərrüatlarının araşdırıldığı bildirilib:
"İstanbuldakı İsrail konsulluğu yaxınlığında atışma barədə məlumatlar araşdırılır. Hadisə baş verən zaman konsulluqda diplomatik heyətin olmadığı dəqiqləşdirilib".