BAKI, 7 aprel. TELEQRAF
İranın mərkəzində yerləşən İsfahan şəhərində neft və neft məhsulları anbarı hava hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Bildirilib ki, İsfahandakı Cəbəl-Səfa neft anbarı ABŞ və İsrail qüvvələrinin hücumlarından birinin hədəfi olub.
Qeyd olunub ki, hücum nəticəsində dəyən zərər barədə hələlik məlumat yoxdur. İsfahanın müxtəlif ərazilərində çoxsaylı partlayışların baş verdiyi də bildirilir.