BAKI, 7 aprel. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusu – İslam İnqilabı Keşikçiləri Korpusu 98-ci hücum dalğası çərçivəsində Küveyt və İraqdakı hərbi obyektlərə, eləcə də İsrailin bir neçə şəhərinə zərbələr endirdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb. Bildirilib ki, hücumlar zamanı Küveytdəki Əli əs-Salim bazası və İraqdakı Viktoriyə düşərgəsi hədəfə alınıb. Eyni zamanda İsrailin Tel-Əviv şəhərinin şimal və cənub hissələri, Hayfa, Petah-Tikva və Beer-Şeva şəhərlərinə də zərbələr endirildiyi qeyd olunub.

Məlumatı İranın "Tasnim" agentliyi yayıb. Bildirilib ki, Əli əs-Salim bazasında hava vasitələri vurulub, Petah-Tikvada hərbçilər hədəfə alınıb, Beer-Şevada isə zavodlara zərbələr endirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, Küveytdə yerləşən Əl-Ədiri bazasında helikopter anqarları məhv edilib.