BAKI, 7 aprel. TELEQRAF
Bəhreyn hüquq-mühafizə orqanları İrana casusluqda şübhəli bilinən iki nəfəri saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə krallığın prokurorluğu açıqlama yayıb.
Bildirilib ki, saxlanılan şəxslər İranın xüsusi xidmət orqanları və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıqda şübhəli bilinir.
Qeyd olunub ki, şübhəlilər tapşırıqları İrandakı agentlər vasitəsilə alıblar. Onların Bəhreyn ərazisində mühüm obyektlər barədə məlumat topladığı və bu məlumatları ötürdüyü iddia olunur.