BAKI, 7 aprel. TELEQRAF
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına start verilir.
Teleqraf xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Gecənin mərkəzi görüşündə İngiltərənin “Real Madrid” klubu Almaniya təmsilçisi “Bavariya”nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Digər matçda isə Portuqaliya təmsilçisi “Sportinq”i İngiltərənin “Arsenal” kkubunu qəbul edəcək.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi
7 aprel
23:00. “Real Madrid” (İspaniya) – “Bavariya” (Almaniya)
23:00. “Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə)