BAKI, 7 aprel. TELEQRAF
İran ABŞ və İsrailin Tehrandakı Şərif adına Texnologiya Universitetinə mümkün zərbəsinə cavab olaraq Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ şirkətlərinə məxsus data mərkəzlərini potensial hədəf kimi qiymətləndirəcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
Bildirilir ki, mümkün cavab tədbirləri çərçivəsində "Amazon", "Microsoft", "Oracle" və "Equinix" şirkətlərinin BƏƏ-də yerləşən data mərkəzləri hədəfə çevrilə bilər.
Agentliyin məlumatına əsasən, Tehran bunu ABŞ və İsrailin adıçəkilən ali təhsil müəssisəsinə mümkün hücumuna cavab kimi nəzərdən keçirir.