BAKI, 6 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İran ərazisindəki iki təyyarəçinin xilas edilməsinin detallarını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, mətbuat konfransında xilasetmə əməliyyatından danışıb.

"İlk mərhələdə axtarış və xilasetmə işlərinə kömək etmək üçün 21 təyyarə səfərbər edilib. Təyyarələr çox güclü atəş altında uçub.

"Ümumilikdə bu əməliyyata 155 təyyarə cəlb edilib. Əməliyyata dörd bombardmançı təyyarə, 64 qırıcı təyyarə, 48 yanacaqdoldurma tankeri, 13 xilasetmə təyyarəsi və digərləri daxil idi”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, təyyarələrin böyük hissəsi itkin düşmüş ekipaj üzvünü axtaran iranlıları da uzaqlaşdırmaq üçün səfərbər edilmişdi.