BAKI, 7 aprel. TELEQRAF
ABŞ İrana qarşı həyata keçirilən hərbi əməliyyat çərçivəsində islam respublikasına məxsus 155-dən çox gəminin məhv edildiyini və ya zədələndiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bəyanat yayıb. Qeyd olunub ki, aprelin 6-na olan vəziyyətə əsasən, əməliyyat zamanı 155-dən artıq İran gəmisinə zərbə endirilib.
Bildirilib ki, “Epik Qəzəb” adlandırılan əməliyyat çərçivəsində ABŞ hərbçiləri ümumilikdə 13 mindən çox hədəfi vurub.