BAKI, 7 aprel. TELEQRAF
"Məncə, kürd qüvvələri İrandan uzaq durmalıdır".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Mən onların bundan uzaq durmalarını istərdim, çünki onlar özləri ilə bəzi problemlər və fəsadlar gətirirlər. Onlar özlərinə ölüm gətirirlər", - deyə o qeyd edib.
Tramp daha öncə qeyd edib ki, ABŞ hökuməti 2026-cı ilin əvvəllərində kürdlər vasitəsilə İrandakı etirazçılara külli miqdarda silah göndərib, amma kürd qüvvələri bu silahları özlərində saxlayıblar.