BAKI, 6 aprel. TELEQRAF

Vaşinqtonun Hörmüz boğazına nəzarəti ələ keçirə və oradan keçən gəmilərdən rüsum ala bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.

"Bizim bir konsepsiyamız var ki, biz ödəniş alacağıq. İranla istənilən razılaşma Ağ Ev rəhbəri üçün şəxsən məqbul olmalı və şərtlərdən biri kimi Hörmüz boğazından neftin sərbəst daşınmasını təmin etməyi də əhatə etməlidir" - Tramp deyib.

O həmçinin qeyd edib ki, Hörmüz boğazında normal gəmiçiliyin bərpasını əsas prioritetdir.

“Deyərdim ki, bu, çox yüksək prioritetdir, çünki bir az fərqlidir - biz onları istədiyimiz şəkildə bombalaya, dağıdıcı zərbə endirə bilərik. Lakin boğazı bağlamaq üçün sadəcə bir terrorçunun yük maşını ilə olması kifayətdir. Dəniz minasını suya atın və milyardlarla dollarlıq gəmilərin sahiblərini bu barədə xəbərdar et. İş tamamdır" - Tramp Ağ Evdə jurnalistlərə bildirib.