BAKI, 7 aprel. TELEQRAF

Yəmən üsyançı hərəkatı Ənsar Allah (Husilər) İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Livanın Hizbullah hərəkatı ilə birlikdə İsraildəki bir neçə hərbi hədəfi məhv etmək üçün qanadlı raketlərdən istifadə etdiklərini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Husilərin hərbi sözçüsü Yəhya Saria bildirib.

Yəmən hərəkatının bəyanatında deyilir ki, Ənəsr Allah, SEPAH və Livandakı müqavimət qrupları birgə əməliyyat keçirərək Ümm əl-Rəşrəşdə (Eylat, İsrail) bir neçə mühüm hərbi obyektə kütləvi qanadlı raket və pilotsuz təyyarə hücumu həyata keçiriblər. Hərbi hərəkatın sözçüsü birgə əməliyyatın məqsədlərinə uğurla çatdığını iddia edib.

Saria həmçinin Ənsarullahın qələbəyə qədər hərbi əməliyyatları davam etdirəcəyini deyib.